Derivativ alətlər dövlət qiymətli kağızlarını birjadan sıxışdırıb
Bu ilin yanvar-avqust aylarında Bakı Fond Birjasında (BFB) dövlət qiymətli kağızları ilə əqdlər ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 dəfə azalaraq 19 mln 156,67 min manat olub. Bunun çoxu təkrar istiqraz bazarının payına düşüb.
Bütün alətlər üzrə keçirilmiş əqdlərin ümumi həcmi 7 milyard 341,2 milyon manat təşkil edib. BFB-dən fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 10,5% azdır.
Törəmə alətlər 5 mlrd 461 mln 341,29 min manatla (artım 4,6 dəfə) liderdir. Borc alətlərinin payı 1 mlrd 520 mln 309,89 min manat (mənfi 31,6%) olub. AİF istiqrazlarının yerləşdiriməsi həcmi təkrar bazarda 1 mlrd 289 mln 774,39 min manat, ilkin bazarda 31 mln 259,84 min manat təşkil edib.
Repo əməliyyatlar kəskin azalıb Ötən ilin 1 sentyabrında o, 3 mlrd 535 mln 442,99 min manat təşkil edirdi. Hazırda bu məbləğ 113 mln 518,15 min manatdır. Pay bazarının dövriyyəsi 148 mln 3,8 min manat (5,1 dəfə az) olub. Səhmlər yerləşdirməsi həcmi 139 mln 80,67 min manat, təkrar bazarda 8 mln 923,13 min manat təşkil edib. --17D—
-
- İqtisadiyyat
- 12 Sentyabr 2015 21:56
-
- İqtisadiyyat
- 12 Sentyabr 2015 22:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz