Dərmanların qiymətlərinin tənzimlənməsi qaydaları qüvvəyə minib
İyunun 9-dan dövlət qeydiyyatına alınmış dərman vasitələrinin bazis qiymətlərin müəyyən edilməsi, topdan və pərakəndə satış qiymətlərinin tənzimlənməsi qaydaları qüvvəyə minib.
Tarif Şurası “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”ı da təsdiq edib. Tarif Şurası 10 istinad ölkəsi (Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniya) seçib. Bu ölkələrdə dərmanlar ucuz deyil. Yerli topdansatışçılar əsasən Ukrayna, RF, Belarus və Hindistandan dərman alır.
Tarif Şurası bildirir ki, bu gündən dərman vasitələrinin istehsalçıları və ya onların müvəkkil etdiyi şəxslər tərəfindən doldurulan qiymət tənzimlənməsi məqsədilə təsdiq edilmiş bəyannamə formalarının qəbuluna başlanılır. Onların analizi və deyilən ölkələrdə qiymətləri nəzərə alaraq Tarif Şurası məqbul qiymətləri saytında yerləşdirəcək.
Ekspertlərin fikrincə, qiymətlərin Avropa qiymətlərinə bağlanması inhisarçılığı gücləndirəcək, üçüncü ölkələrdən və MDB-dən dərman gətirən topdansatışçılar bazardan çıxarılacaq. --17D—
-
- İqtisadiyyat
- 9 İyun 2015 13:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz