Dollar valyuta hərracında bahalaşıb
Oktyabrın 18-də Mərkəzi Bankın valyuta hərracında manatın möhkəmləndirilməsi dayanıb.
Hərrac 1 dollar üçün 1,5969 manat məzənnəsi ilə başlayıb və 1,5999 məzənnəsi ilə yekunlaşıb.
Mərkəzi Bankın və Dövlət Neft Fondunun bir neçə böyük valyuta intervensiyasından sonra bütün yay boyu müşahidə edilən manatın dollara nisbətən artması sentyabrın 9-da 1USD/1,6403AZN səviyyəsində dayanıb. Sentyabr ayı ərzində və oktyabrın birinci yarısında manat cüzi də olsa möhkəmlənib.
Ekspertlər ilin sonunadək bankların və şirkətlərin öz xarici öhdəliklərini yerinə yetirdiyi dövrdə Amerika valyutasının bahalaşacağı barədə xəbərdarlıq ediblər.71D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz