DSMF sədri Kürün aşağı axarının sakinlərini qəbul edəcək
Şirvan şəhər, Saatlı, Salyan, Cəbrayıl, Hacıqabul, Neftçala və Sabirabad rayon sakinləri pensiya və müavinətlərlə bağlı şikayətlərini Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbərinə çatdıra biləcəklər.
Fondun məlumatına görə, Səlim Müslümov 15 may 2013-cü il tarixdə, saat 11.00-da DSMF-nin Sabirabad rayon şöbəsinin inzibati binasında minnətdar, ehtiyacı olan və narazı vətəndaşları qəbul edəcək.
Qəbulda iştirak etmək üçün vətəndaşlar Salyan, Neftçala və Cəbrayıl rayonlarından mayın 15-də saat 08.30-da, qalan rayonların sakinləri 9-da xüsusi ayrılmış nəqliyyatla Sabirabada aparılıb.
Qəbula yazılmaq və əlavə məlumat almaq üçün “info @ sspf.gov.az ” elektron poçt ünvanı, 190 saylı “Qaynar xətt”, habelə Fondun Aparatında (012)434-12-34, (050)230-33-40 nömrəli telefonları, Fondun Sabirabad rayon şöbəsində isə 021-235-50-57 və (050)333-91-31 nömrəli telefonları vasitəsilə əlaqə saxlamaq olar. --17D—
-
- İqtisadiyyat
- 13 May 2013 14:53
-
- Söz istəyirəm
- 13 May 2013 15:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz