Əcnəbilərin marağı zeytun sahələrini artıracaq
"Stelman Trade LTD" şirkəti Azərbaycanın zeytun istehsalçılarına xammal tədarükü və hazır məhsul üzrə əməkdaşlıq təklif edir.
İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatına görə, bu barədə www.stelmantrade.eu saytında məlumat öyrənmək olar.
Əcnəbilərin yerli məhsula marağı təsadüfi deyil. Bu gün RF piştaxtalarında Azərbaycan məhsulu 80%-dir. Gürcüstan və Ermənistanın payı 15, Orta Asiyanın payı 5%-dir.
Azərbaycanda məhsul 350 ha sahədən yığılır. Ötən il «Azersun Holding» 140 ha sahədə zeytun əkib. Məhsul 2015-ci ildə gözlənilir. 1970-ci illərin əvvəllərində zeytun bağları (1600 ha) üzüm və pambığın güdazına gedib. 1939-cu ildə yaradılan zeytun sovxozları (Maştağa, Zığ, Zirə və Türkan) ziyanla işləməyə başlayıb. 1990-2000-ci illərdə zeytun ağacları kəsilərək mağaza, restoran, şadlıq evləri tikilməyə başlayıb.
İndi zeytuna maraq artır, 200 min ağac əkilib, orta məhsuldarlıq 15-20 kq-dır. Yerli mağazalarda ispan, türk və yunan məhsulu ilə yanaşı, «Zeytun bağları”nın məhsulu da var. Azərbaycan bu sahədə tacik və gürcü mütəxəssislərə kömək edir.
KTN-in şöbə müdiri Sabir Vəliyev Turan-a bildirib ki, yunan və ispan satıcıların marağı zeytunçuluğun inkişafına kömək edəcək, «Azersun Holding»dən başqa yeni iri zeytun istehsalçıları yaranacaq. --17D—
-
- İqtisadiyyat
- 10 May 2013 12:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz