Əfqanıstan iş adamları Azərbaycanla əməkdaşlıq imkanlarını müzakirə ediblər
Martın 6-da Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Əfqanıstanın biznes təmsilçiləri və rəsmilərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Əfqanıstanın mərmər istehsalı, səhiyyə, aviasiya və İTK sahəsində fəaliyyət göstərən iş adamlarından və rəsmi qurumlarından ibarət nümayəndə heyəti Bakıda səfərdədir.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətində Turan-a deyiblər ki, AZPROMO Rüfət Məmmədov Əfqanıstana ixrac imkanları barədə təqdimat keçirib.
Əfqanıstan Ticarət və Sənaye Palatasının baş katibinin birinci müavini Xan Can Alokozai Əfqanıstanın biznes mühiti və investisiya imkanları barədə məlumat verib, Əfqanıstan və Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2012-ci ildə Əfqanıstana $119,9 mln məbləğində mal ixrac edilib. Bu, əvvəlki ildəkindən 20% çoxdur. Əfqanıstandan mal ixrac edilməyib. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz