Əlil bir il sonra sığorta kompensasiyası alıb
İcbari Sığorta Bürosu tərəfindən yol-nəqliyyat hadisəsinə görə 1,5 min manat kompensasiya ödənilib. İSB-nin məlumatında deyilir ki, “İcbari sığortalar haqqında” qanununun 32, 33-cü maddələrinə əsasən Azərbaycan Respublikasının vətəndaşına 27 fevral 2013-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində az ağır xəsarətlər almasının 2-ci qrup əlilliyə səbəb olması ilə əlaqədar 1500 (bir min beş yüz) manat məbləğində kompensasiya verilib. Ödəniş poçt vasitəsi ilə 10 aprel 2014-cü il tarixində həyata keçirilib.
Əvvəllər məlumat verildiyi kimi, ISB ötən il YNH hadisələri üzrə 54,39 min manat kompensasiya ödəyib.
İcbari Sığorta Bürosu 16 dekabr 2011-ci ildə yaradılıb. Hazırda 12 üzvü var.
Büronun maliyyə vəsaitləri üzvlük haqlarından, hər icbari sığorta növlərinə dair zəmanət depoziti, həmçinin sığorta şirkətlərinin hər ay büroya köçürəcəyi icbari növlərə görə ümumi mükafatların həcminin 5%-dən formalaşır.
Büroya üzvlük haqqı 200 min manatdır. Büronun daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlak sahiblərinin məsuliyyətinin icbari sığortası üzrə üzvləri üçün birdəfəlik depozit hərəyə 100 min manatdır. Avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari sığortasına dair birdəfəlik depozit hərəyə 200 min manatdır. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz