Embawood AYİB hesabına mebellərin keyfiyyətini artıracaq
“Embawood” şirkəti Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) $12 mln kredit alacaq. AYİB-in məlumatına görə
(http://www.ebrd.com/pages/news/press/2013/130511.shtml), vəsait şirkətin istehsal sahələrininin təkmilləşdirilməsi üçün ayrılır.
Kreditin bir hissəsi fəaliyyətdə olan üç istehsalat müəssisəsində enerji səmərəliliyinin artırılmasına hesablanıb. Həmçinin korporativ sektor üçün enerji səmərəliliyi regional proqramı çərçivəsində 120 min avro qrant ayrılacaq.
Embawood ölkədə ən böyük mebel istehsalçısıdır. Onun 7 zavodu var. Bunun 3-ü Azərbaycanda, ikisi Gürcüstanda, 1-i Ukrayna və 1-i Özbəkistandadır. Embawood-un 10 ölkədə 200 mağazası var.
Şirkət AYİB ilə 2003-cü ildən BAS (Business Advisory Services) və TAM (Turn Around Management) proqramları çərçivəsində işləyir. AYİB-in Qafqaz üzrə direktoru Pol-Anri Forestye bildirib ki, müştərilərinə keyfiyyətə nəzarət və enerji təhlükəsizliyi üzrə dəstək vermək niyyətindədirlər.
İndiyəcən AYİB На Azərbaycana $2,1 mlrd vəsait ayırıb. --17D—
-
- Siyasət
- 13 May 2013 15:30
-
- İqtisadiyyat
- 13 May 2013 15:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz