Asiya İnkişaf Bankı Azərbaycana biokütlə üzrə yardımı edəcək
Azərbaycanda alternativ energetika layihələrinin bir hissəsini Asiya İnkişaf Bankı maliyyələşdirəcək.
AİB-in mətbuat xidməti məlumat verir ki, Oğuz və Ağcabədi rayonlarında biokütlə istehsalına yardım ediləcək. Bunun üçün $40 mln ayrılacaq.
Alternativ Energetika Dövlət Agentliyi gücü 16 meqavatt olan 2 qurğu tikintisini planlaşdırır.
Məsləhətçilər layihəni təsdiq edib, bu ilin iyununda maliyyələşmə başlayacaq, 2014-cü ilin aprelinə kimi davam edəcək.
AİB-in məlumatına görə, nəticədə 95 mln m3 qaz ixrac üçün istifadə ediləcək. Hökumət bundan ildə $5,6 mln qazanacaq. Layihə çərçivəsində istixana qazlarının atılması ildə 24 min ton azalacaq. Layihə analoji resurslu başqa rayonlarda davam etdirilə bilər.
AİB Azərbaycanla əməkdaşlığa diqqət ayırır. 2012-ci il üçün məlumat tam deyil. 2011-ci ildə müxtəlif layihələr üzrə (yol tikintisi, su təchizatı, bələdiyyə proqramları və s.) ölkəyə $500 mln ayrılıb. 2015-ci ildə Bakıda AİB Direktorlar Şurasının 48-ci iclası keçiriləcək. Bu barədə bu ilin 2-5 mayında Dehlidə qərar qəbul edilib. --17D—
-
- İqtisadiyyat
- 13 May 2013 15:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz