Ev heyvanları 20% artıb
İyulun 1-i üçün Azərbaycanda 2724,1 min bas qaramal olub. Onların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1% artıb. Diri çəkidə ət istehsalı isə 1,9% artıb.
Dövlətstatkoma görə, son 10 ildə inək və camışların sayı 20,5% artaraq bu ilin əvvəli üçün 2 707 baş təşkil edib. 2009-cu ildən hökumət dövlət büdcəsindən ətlik və südlük cins inəklərin idxalını maliyyələşdirir. Həmçinin süni yolla cins tərkibini yaxşılaşdırmaq işləri aparılır. 2013-cü ildə ət və ət məhsulları idxalından asılılıq 14,6% olub. Altı ayda 930 min ton süd sağılıb. Bu, ötən ilin I yarısındakından 3,1% çoxdur.
İlin əvvəli üçün qoyun və keçi sayı 8 630,5 min olub. Bu, 2004-cü ilin əvvəlindəkindən 18,5% çoxdur. 1 iyul üçün kiçikbuynuzlu heyvanların sayı 8,8 mln başı keçib. Amma qoyun ətinə tələbat (78 min ton) yerli istehsal hesabına 97,8% təmin edilir.
İlin əvvəli üçün ev quşlarının sayı 25,1 mln olub. 10 ildə onların sayı 43,4% artıb. Təkcə qusculuq və broyler fabriklərində iyulun əvvəli üçün 11 mln 581 min toyuq olub. Bu, ötən ilkindən 47,5% çoxdur. Yanvar-iyunda fabrik üsulu ilə 38,6 min ton ət (+15 min ton) və 327,8 mln ədəd (+70,7 mln ədəd) yumurta istehsal edilib. 2013-cü ildə quş əti idxalı tarixi minimuma (3 835 ton) düşüb. DSK-ya görə, 2013-cü ildə 100 min ton quş əti və məhsulları istehsal edilib. İdxaldan asılılıq cəmi 3,8% olub. --08D—
-
- İqtisadiyyat
- 16 İyul 2014 16:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz