FAO Azərbaycanda heyvandarlığın inkişafı strategiyasının hazırlanmasını dəstəkləyir
Bu gün Bakıda Azərbaycanda heyvandarlığın inkişafı strategiyasının hazırlanması üzrə yerli və xarici ekspertlərin yekun seminarı işə başlayıb. FAO (BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı) bu işdə fəal rol oynayır. Hökumət qarşıdan gələn 10 ildə ərzaq təhlükəsizliyi, yoxsulluğun azaldılması, təsərrüfatların gəlirlərinin artırılmasına yönələn bu siyasi sənədi həyata keçirmək və zəruri investisiyalar cəlb etmək niyyətindədir.
Seminarın açılışında kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov bildirib ki, sənəd heyvandarlığın inkişafının bütün aspektlərini əhatə edir: otaracaqların idarə edilməsi, heyvanların genetik müxtəlifliyi, cins tərkibinin yaxşılaşdırılması, sağlamlıq, yemlə təchizat və s. Strategiyada heyvandarlığın inkişafı üçün subsidiyaların tətbiqi də nəzərdə tutulur.
FAO-nun Bakı təmsilçisi Təranə Bəşirova qeyd edub ki, ekspertlər bütün mənfi və müsbət tərəfləri öyrənib sənəd hazırlayıblar. Onların fikrincə, bu sənəd bütün problemləri aradan qaldıracaq və heyvandarlığın yerli və beynəlxalq səviyyədə rəqabətli inkişafına stimul verəcək.
Strategiya hazırlanan zaman sektorun inkişafının iqtisadi, sosial, mədəni və ekoloji amilləri diqqətə alınıb. 08С
-
- Siyasət
- 11 İyul 2013 14:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz