Fevralda birja valyuta dövriyyəsi dörddə bir azalıb
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində hərrac həcmi 2013-cü ilin fevralında $41,277 mln və ya 32,384 mln manat olub.
Bu, ötən ayla müqayisədə 24,1%, 2012-ci ilin fevralı ilə müqayisədə də 12,9% azdır.
Hesabat dövründə hərracların birja elektron sistemində hər bir əqdin orta həcmi USD/AZN üzrə $1,720 mln, orta günlük dövriyyə $2,064 mln olub.
2013-cü ilin fevralında BBVB valyuta bölməsinin hərraclarında 9 bank iştirak edib. Hesabat ayında BEST-də 40 hərrac sessiyası keçirilib və 24 əqd qeydiyyata alınıb.
İki ayda birja valyuta dövriyyəsi 75,035 mln manat olub. Bu, ötən ilin eyni dövründəkindən 26,4% azdır.
Milli valyutanın birja məzənnəsi hesabat ayında 1 USD üçün 0,04% düşərək 0,7834-dən 0,7837-ə enib. Manatın ABŞ dollarına nisbətdə orta ölçülmüş məzənnəsi 1 USD üçün 0,7845 AZN təşkil edib.
2013-cü ilin fevral ayında BEST sistemi çərçivəsində fəaliyyət göstərən Mütəşəkkil Banklararası Kredit Bazarında (MBKB) hərracların ümumi həcmi manat ekvivalentində 2 milyon təşkil edib.
Market-meyker statusu alan banklar tərəfindən cari ilin fevral ayında 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 11,50%, ABŞ dolları üzrə isə 12,11% təşkil edib. BakİBİD tarifi 90 günlük müddətində manatla illik 5,99% və ABŞ dolları ilə 5,63% təşkil edib. --15B--
-
- Cəmiyyət
- 6 Mart 2013 14:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz