Gəncə zavodlarında 1279 işçi yeri bağlanıb
2015-ci ildə Gəncə şəhərində sənaye müəssisələrində çalışan işçilərin sayı 1279 nəfər azalıb. Gəncə Şəhər İcra Hakimiyyətinin illik hesabatında deyilir ki, şəhərin sənaye sektorunda 4875 nəfər çalışır. Beləliklə, 330 minə yaxın əhalisi olan şəhərdə təkcə ötən il sənaye sahəsində çalışanların sayı 20,8% azalıb.
Son on ildə Gəncənin sənaye müəssisələrində 6350 nəfər işdən çıxarılıb.
Sumqayıt işçilərinin vəziyyəti bir qədər “yaxşıdır”. Belə ki, 2005-2014-cü illərdə Sumqayıtda 1129 işçi yeri bağlanıb.
Müqayisə üçün qeyd edək ki, ümumilikdə 2005-2014-cü illərdə Bakının sənaye müəssisələrində 1527 iş yeri azalıb.
Hökumət 2004-2015-ci illərdə ölkədə 1,5 mln. iş yerinin açıldığını bəyan edir. 08B
-
- İqtisadiyyat
- 10 Mart 2016 12:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz