Gömrük illik planın 46,3%-i toplayıb
2013-cü ilin yanvar-iyununda Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 639,9 mln manat gömrük rüsumu və vergisi toplayıb. İllik plan-proqnoza 46,3% əməl edilib.
DGK-nın məlumatına görə, gömrük yığımının həcmi 2012-ci ilin eyni dövrü ilə müqayisədə 16% və ya 88 mln manat artıb. Bu il gömrükçülərin planı 180 mln manat və ya 15% artırılıb.
İyunda DGK xətti ilə dövlət büdcəsinə 117 mln manat təmin edilib.
I yarımildə 468 mln manat və gömrük yığımının 73,2%-i ƏDV-in payına düşüb. 2012-ci ilin eyni dövründə bu göstərici 64,8% olub. Gömrük yığımında gömrük rüsumunun xüsusi çəkisi (130 mln manat) azalır və deyilən dövrdə 20,3% təşkil edib.
2013-cü ildə hökumət gömrük rüsumu üzrə proqnozu 1 200 mln-dan 1 380 mln manata artırıb. 08D
-
- İqtisadiyyat
- 9 İyul 2013 15:55
-
- İqtisadiyyat
- 9 İyul 2013 15:58
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz