Greenfields Petroleum Azərbaycanın neft bazarından getməyəcək
Baghlan Group-un şəriki «Bahar-Qum dəniz» yatağının işlənməsi layihəsinin maliyyələşməsi üçün $21 mln cəlb edib.
"Greenfields Petroleum" Amerika şirkətinin ( Bahar Energy ltd-də 33,3% səhmi var) məlumatına görə, təşkilatçı "Meridian SEZC" şirkətidir. "Kredit vəsaiti Bahar Energy Limited-in cari əməliyyatlarının maliyyələşməsi üçün nəzərdə tutulub. Kredit dərəcəsi ilik 12%-dir, son ödəniş 30 iyun 2018-ci ildir", - deyə məlumatda bildirilir.
ARDNŞ ilə Bahar Energy limited «Bahar-Qum dəniz» yatağında kəşfiyyat, reabilitasiya, işləmə və hasilatın pay bölgüsü barədə saziş 22 dekabr 2009-cu ildə imzalanıb. Bahar Energy limited 80%, ARDNŞ 20% paya malikdir. Saziş 25 illiyə, 5 ilm uzatma imkanı ilə bağlanılıb. İlkin investisiya proqramının qiyməti $1 mlrd-dır. İnvestisiyanın hamısını Bahar Energy limited qoyub.
Blokda 25 mlrd kubmetr qaz olduğu güman edilir. “Qum dəniz” yatağı 1955-ci ildə, “Bahar” qaz yatağı 1969-cu ildən istismara verilib. --17D—
-
- İqtisadiyyat
- 21 İyul 2014 19:56
-
- İqtisadiyyat
- 21 İyul 2014 20:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz