Həkimlərlə yanaşı pasiyentlər də qorunacaq
Milli Məclisin sosial siyasət komitəsi reproduktiv sağlamlıq, uşaq istirahətinin təşkili, gənc ailələrin sosial müdafiəsi və pasiyentlərin hüquqlarının müdafiəsi haqqında qanun layihəsi hazırlayaraq yaz sessiyasına tövsiyə edib.
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin Turan-a verdiyi məlumata görə, deputatlar daha bir neçə hazırlıqla məşğuldur. Belə ki, parlamentarilər yazda ictimai yerlərdə tütün məmulatlarının istifadəsini məhdudlaşdırmaq, ailə həkimlərini təhkim etmək, yas mərasimlərində israfçılığa nəzarət etmək, həmçinin uşaqsız və digər ailələrə valideyn himayəsindən məhrum uşaqları vermək niyyətindədir.
Payıza yaxın komitə sədri pasiyent və həkimlərin hüquqlarının uyğunlaşdırıldığı «Pasiyentlərin hüquqlarının müdafiəsi haqqında» və «Gənc ailələrin sosial müdafiəsi haqqında» sosial qanun layihələri üzərində işi tamamlamağa ümid edir.
Onun sözlərinə görə, payız sessiyasında müxtəlif qanunverici aktlara təkmilləşdirmək məqsədi ilə 12 dəyişiklik edilib. Payız sessiyası zamanı komitəyə 470 məktub daxil olub, onlardan 430-u əsasən əhalinin Əmanət kassasına əmanətlərinin qaytırılması, ünvanlı sosial yardımın alınması, pensiya müavinətlərinin verilməsi, imkansızların mənzillə təmin edilməsinə aiddir, - deyə o əlavə edib. --17D-
-
- Cəmiyyət
- 13 Fevral 2014 15:49
-
- İqtisadiyyat
- 13 Fevral 2014 16:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz