�Hökumət qiymət artımının neqativ təsirlərini neytrallaşdırmalıdır�, Qubad İbadoğlu
İctimai nəqliyyatda hazırkı gediş haqqı çox güman ki, keçid dövrü üçündür və bir müddətdən sonra 10 qəpik çatışmazlığı ilə bəhanəsi ilə qiymətlər 40 qəpiyə qaldırılacaq.
Bunu İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bəyan edib.
Xatırladaq ki, Tarif Şurasının qərarı ilə, avqustun 1-dən ictimai nəqliyyatda gediş haqqı 20 qəpikdən 30 qəpiyə qaldırılıb.
"Bu qərar ilk növbədə taksi xidmətlərinin və kənd təsərrüfatı məhsullarının qiymətini bahalaşdıracaq və növbəti qiymət artımları üçün əsas yaradacaq", - o bildirib.
İqtisadçı etiraf edir ki, Azərbaycanda ictimai nəqliyyatda mövcud qiymətlər digər ölkələrlə müqayisədə aşağıdır.
"Amma metro kimi əhalisinin üçdə birinin yaşadığı Bakıda əsas nəqliyyat vasitəsidir. Gediş qiymətində tarifin 50 faiz bahalaşması ilk növbədə inflyasiyaya artırıcı təsir göstərəcək, çünki metroda gediş haqqı inflyasiyanın hesablanması üçün istifadə edilən istehlak səbətində 5-ci xüsusi çəkiyə malik xidmət hesab edilir", - deyə Q.İbadoğlu bəyan edib.
İqtisadçının fikrincə, çox güman ki, kənd təsərrüfatı mövsümü başa çatan kimi dizel yanacağının və mazutun də qiyməti bahalaşacaq.
Q.İbadoğlu hesab edir ki, gediş haqlarının qiymət artımının neqativ təsirlərini neytrallaşdırmaq üçün hökumət ictimai nəqliyyatdan müntəzəm olaraq istifadə edənlərin xərclərinin tənzimlənməsi qərarlar qəbul etməlidir.
"Təklif edirəm ki, tələbələrin üçün gediş haqları əvvəlki səviyyədə, yəni 20 qəpik olmasını təmin edən xüsusi güzəştli ödəniş kartları dövriyyəyə buraxılsın. Bununla yanaşı, metroda və digər ictimai nəqliyyat vasitələrində istifadə etmək üçün aylıq, həftəlik, 3 günlük və 1 günlük ödəniş kartları güzəştli qiymətlərlə satışa çıxarılmalıdır", - Q.İbadoğlu deyib.
İqtisadçı bəyan edib ki, əgər hökumət həqiqətən də ictimai nəqliyyatda xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsini istəyirsə, bunun üçün dövlət büdcəsindən subsidiya alan metroda şəffaflıq və hesabatlığın təmin edilməli, 1 sərnişinin daşınmasının maya dəyəri, onun məsrəf elementləri, metronun gəlirləri və xərcləri barədə ictimaiyyət müntəzəm məlumatlandırılmalıdır.
"Bundan əlavə metro da daxil olmaqla şəhər nəqliyyatının eyni mərkəzdən idarəetmə sistemi yaradılmalı, zamana görə vahid bilet satışı tətbiq olunmalıdır.
Belə olan halda 1 dəfə gediş haqqını ödəyən sərnişinin müəyyən zaman fasiləsində müxtəlif ictimai nəqliyyat vasitələrindən istifadə hüququ tanınmalıdır". -71D-
-
- İqtisadiyyat
- 31 İyul 2018 15:22
-
- Siyasət
- 31 İyul 2018 15:57
İqtisadiyyat
-
Ötən il Azərbaycanın ixracı kəskin azalıb. 2024-cü ildə ölkənin ixracı 26 milyard 554 milyon 56 min, idxalı 21 milyard 58 milyon 44 min ABŞ dolları olub. Müsbət saldo 5 milyard 496 milyon 12 min ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir.
-
“Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırmaya əsaslanan yekun investisiya qərarının (FID) 2025-ci ildə qəbul edilməsi gözlənilir. Bu barədə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli cümə günü jurnalistlərə bildirib.
-
BP Plc 2025-ci ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇQ) blokunun dərin qaz yataqlarından qaz hasilatına başlamağı planlaşdırır, BP-Azərbaycanın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə bildirib.
-
Azərbaycanın İRİA (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) və İsrailin Israel Aerospace Industries (IAI) şirkəti Anlaşma Memorandumu (MoU) imzalayıblar. Saziş iki ölkə arasında iqtisadi, sənaye, elmi və texnoloji əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
Rəy yaz