Hökumət sosial xərcləri də azaldıb
2015-ci ildə hökumət sosial layihələrin maliyyələşməsi xərclərini 350 mln manat azaldıb.
«İqtisadi Təşəbbüslərə Yardım» İB-nin sədr müavini Rövşən Ağayev 10 yanvarda maliyyə naziri Samir Şərifvon açıqladığı rəqəmlərə əsaslanarq hesablayıb ki, sosial müdafiə xərcləri 183.5 milyon manat (təxminən 10%), səhiyyə xərcləri 70 milyon manat (təxminən 10%), təhsil xərcləri 106 milyon manat (təxminən 6%) ixtisar olunub.
2015-ci ildə iqtisadiyyata dövlət investisiya xərcləri nəzərdə tutulandan 47% (3.7 milyard) manat az olub.
Hökumət büdcə gəlirlərinin 2.3 milyard manat (təxminən 12%) az icra edildiyini bəyan edir. İqtisadçının fikrincə, devalvasiya olmasa idi, büdcə gəlirləri ən azı 4.2 milyard manat (23%) az icra olunacaqdı. Yəni devalvasiyanın təsiri nəzərə alınmasa, büdcənin gəlirləri maksimum 14.2 milyard olacaqdı ki, bu da hətta 2011-ci ilin göstəricisindən 1.5 milyard manat azdır.
Son 15 ildə manat sabit olduğu üçün tədqiqatçılar göstəriciləri əvvəlki illərlə müqayisə edəndə çətinlik çəkməyib. İndi iqtisadçılar bu məlumatları nominal göstəricilərlə yox, devalvasiyanın təsiri nəzərə alınmqla müqayisə edilməlidir.
Dollar ifadəsində ($10 mlrd) 2015-ci ilin büdcəsinin gəlirləri son 20 ilin ən yüksək göstəricisindən - 2013-cü ilin gəlilərindən 2 dəfə azdır. Üç il əvvəl büdcə gəlirləri $20 mlrd idi. 08D
-
- İqtisadiyyat
- 14 Yanvar 2016 10:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz