- İqtisadiyyat
- 16 May 2014, 14:46
- 94
I rübdə «Şahdəniz» yatağında qaz hasilatı 4% azalıb
2014-cü ilin I rübünün yekunlarına əsasən, «Şahdəniz» yatağında 2,32 mlrd kub metr qaz hasil edilib. Ötən ilin analoji dövründə bu göstərici 2,42 mlrd kub metr olub. "BP-Azerbaijan" şirkətinin I rüb üçün hesabatından məlum olur ki, qazın hasilatı 4,2% azalıb.
Cari ilin yanvar-mart aylarında «Şahdəniz» yatağından həmçinin 600 min ton kondensat hasil edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 30 min ton azalıb.
"BP-Azerbaijan"-ın hesabatında qeyd olunur ki, yanvar-mart aylarında orta sutkalıq hasilat həcmi 26 mln kub metr qaz və 49,33 min barrel kondensat təşkil edib. 2013-cü ilin I rübündə bu göstəricilər qaza görə 27 mln və kondensata görə 50,3 min olub. 2006-cı ilin sonundan 2014-cü ilin martın sonlarına qədər yatağın bütün istismar dövründə 50,3 mlrd kubmetr qaz və 13 mln tondan artıq kondensat hasil edilib.
BP-Azerbaijan artıq Azərbaycan Dövlət Neft Şirkəti ilə 2014-cü ilin sonuna «Şahdəniz» yatağında hasilat sistemi gücünün sutkada 1 mlrd 40 mln kubofuta (təxminən 29,450 mln kub metr) artırılmasını razılaşdırıb.
* 2013-cü ildə «Şahdəniz» yatağında 9,8 mlrd kub metr qaz və 2,48 mln ton kondensat hasil edilib.-12B--
-
- İqtisadiyyat
- 16 May 2014 14:43
-
- Siyasət
- 16 May 2014 14:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz