I yarımildə problemli kreditlər 1,69% artıb
Azərbaycanda problemli kreditlərin həcmi 25,6 mln manat və ya 1,69% artıb. Ödəniş vaxtı keçmiş kreditlərin ümumi həcmi 1 539,8 mln mant olub. Vaxtı keçmiş kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi 8,35% və ya 779 mln manat təşkil edib.
İlin əvvəli ilə müqayisədə isə manatla vaxtı keçmiş kreditlər 61,2 mln manat və ya 7,28% azalıb.
Problemli qısamüddətli kreditlər 196 mln manat təşkil edib. İlin əvvəlindən azalma 72,2 mln manat və ya 26,92% olub.
Milli valyutada verilən qısamüddətli kreditlərdə problemli kreditlərin xüsusi çəkisi 1,17% azalaraq 13,93% təşkil edib.
Manatla uzunmüddətli problemli kreditlər iyulun 1-nə 11 mln manat və ya 1,92% artaraq 583 mln manat təşkil edib. Manatla uzunmüddətli kreditlərdə problemli kreditlər 0,94% artaraq 7,14% olub.
Xarici valyuta ilə vaxtı keçmiş kreditlərin həcmi 92,5 mln manat və ya 13,84% artaraq 760,8 mln manat olub.
Problemli valyuta kreditləri 2,32% artaraq 8,58% təşkil edib.
Qısamüddətli vaxtı keçmiş valyuta kreditlərinin həcmi 17,8 mln manat və ya 5,83% artaraq 322,6 mln manat olub.
Vaxtı keçmiş valyuta kreditlərinin həcmi 74,7 mln manat və ya 20, 55% artaraq 438,2 mln manat təşkil edib. Uzunmüddətli valyuta kreditlərində problemli kreditlərin payı 2,05% artaraq 7,05% olub.-0-
-
- Cəmiyyət
- 10 Avqust 2016 10:24
-
- İqtisadiyyat
- 10 Avqust 2016 11:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz