İcbari sığorta növləri üzrə sığorta haqlarının artımı könüllü növlərdən yüksəkdir
Sığortaçıların icbari sığorta növləri üzrə sığorta haqları həcmcə könüllü növlərə yaxınlşaır. Noyabrın 1-i üçün onlar 12,9%, könüllü növlər 2,9% artıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasının mətbuat katibi Vəfa Rüstəmova Turan-a bildirib ki, yanvar-oktyabrda könüllü sığorta növləri üzrə sığorta haqları 236,1 mln manat (62,3%) təşkil edib. Sığortaçıların icbari sığorta növləri üzrə sığorta haqları 142,8 mln manatadək artıb.
Ödənişlərdə əksinədir. Könüllü növlər üzrə ödənişlər 7,3% artıb və 103,8 mln manat olub. Xüsusi çəki 74,1%-dir. İcbari sığorta növləri üzrə ödənişlər 4,6% - 36,2 mln. manatadək artıb, xüsusi çəki 25,9%-ə bərabərdir. Xatırladaq ki, 10 ay ərzində Azərbaycanda sığortaçıların sığorta haqları 378,9 mln manat, ödənişləri 140 mln manat təşkil edib. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz