İdxalın xüsusi çəkisi 31%-ə çatıb
2013-cü ilin yanvar-avqustunda Azərbaycanın xarici ticarət dövriyyəsi $23 mlrd olub, bu, bir il öncəkindən 5,7% çoxdur. Dövriyyədə idxal mallarının xüsusi çəkisi 30,8%-ə çatıb. Bu, 2012-ci ilin eyni dövründən 3,3% çoxdur.
Gömrük Komitəsinin məlumatına görə, 8 ayda ölkəyə $7 132,7 mln məbləğində mal gətirilib. Bu, ötən ilin eyni dövründən 18,5% çoxdur. Aİ ölkələrindən idxal $2 435,7 mln və ya idxalın 34,1%-i qədər olub. İdxalda dövlət sektorunun payı 31%-dir ($2 215,2 mln).
Azərbaycandan $15 954,7 mln məbləğində mal ixrac edilib. Enerji resurslarının ixracda xüsusi çəkisi 92,6%-dir ($14 773,5 mln). Ötən ilin eyni dövrü ilə müqayisədə ixracda enerji resurslarının payı 0,8% azalıb.
İxracın 46,8%-i ($7 471 mln) Aİ ölkələrinin payına düşür. İxracda dövlət sektorunun payı 94,1%-dir ($15 mlrd).
Xarici ticarət balansının müsbət saldosu $8 822 mln-dır.
Bu il Azərbaycan 144 ölkə ilə ticarət edib. 1 750 adda mal ixrac, 5 727 adda mal idxal olunub. İdxal-ixrac əməliyyatları ilə 6637 sahibkarlıq subyekti məşğuldur. Bunun 3 358-i (58,6%) hüquqi şəxs, o cümlədən 250 müəssisə dövlət sektoruna aiddir. 08D
-
- İqtisadiyyat
- 18 Sentyabr 2013 12:25
-
- Siyasət
- 18 Sentyabr 2013 12:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz