- İqtisadiyyat
- 5 Aprel 2013, 14:04
- 172
İİN ÜDM-də neftin payının kəskin azalmasını planlaşdırır?
Hökumətin proqnozuna görə, 7 ildən sonra ÜDM-də neft sektorunun payı 20%-ə düşəcək.
İqtisadi inkişaf naziri Şahin Mustafayev "The Business Year" jurnalının təqdimatında bəyan edib ki, 2020-ci ildə Azərbaycanın ÜDM-nin 80%-i qeyri-neft sektorunun payına düşəcək.
"Qeyri-neft sektorunun ÜDM-in formalaşmasında rolu artacaq. Bu gün ÜDM-in 48%-i qeyri-neft sektorunun payına düşür. 2020-ci ildə bu göstərici 80% olacaq. Beləliklə, ölkə iqtisadiyyatı neft sektorunun asılılığından qurtulacaq", - deyə Mustafayev bildirib.
Amma nazir izah etməyib, bu nəticə hansı sektorların hesabına olacaq, deyə Turan qeyd edir. Digər tərəfdən, hökumət mərmurları belə bəyanatları dəfələrlə verərək 2020-ci ildə neft sektorunun mənzərəsini gizlədə bilmirlər. Nə qədər neft hasil ediləcək, nə qədər emal olunacaq, nə qədər ixrac ediləcək? Hamıya məlumdur ki, 2020-ci ilə kimi neft-qaz sektoruna $50 mlrd birbaşa investisiya qoyulacaq. Bunun sayəsində Azərbaycan müasir neft emalı sahəsi, neft-kimya kompleksi, qaz emalı müəssisəsi əldə edəcək. Bunlar dövlət büdcəsinə və ölkəyə iri gəlirlər gətirəcək. Bundan başqa, Azərbaycanda və xaricdə iri neft-qaz layihələri həyata keçiriləcək. Yəni neft sektoru orta perspektivdə iqtisadiyyatda lider rolunu qoruyacaq. Ona görə hökumətin proqnozunun hansı əsasla verildiyi anlaşılmır. –12А--
-
- İqtisadiyyat
- 5 Aprel 2013 13:38
-
- İqtisadiyyat
- 5 Aprel 2013 14:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz