İkinci ildir pambıq istehsalı azalır
Ölkədə iki ildir pambıq istehsalı azalır, pambıqçılığa dövlət dəstəyi yoxdur.
Bu il noyabrın əvvəli üçün pambıq istehsalı 31,5 min ton olub. Bu, 2012-ci ilin eyni dövründəkindən 35,6% azdır. İstehsal həcmi əkin sahələrinin azalması fonunda baş verir. Mütəxəssislər bunu yerli və dünya bazarında alış qiymətinin ucuzluğu ilə əlaqələndirir. «Pambıq şirkətləri gizli kartel yaradıblar, fermerləri qane etməyən qiymətlər təyin edirlər. Bir ton pambıq üçüncü ildir eyni qiymətə – 420 manata alınır», deyə adının çəkilməsini istəməyən pambıqçılıq mütəxəssisi bildirib. Bu gün ölkədə pambıq biznesi ilə əsasən “MKT İstehsalat Kommersiya” MMC (Kəmaləddin Heydərovun ailəsinə məxsusdur) və “CTS-Aqro” MMC (Azərbaycan Beynəlxalq Bankı nəzarət edir) məşğul olur.
Bu il 23,5 min ha sahədə pambıq əkilib. 2012-ci ildəkindən 19,6% azdır. Mütəxəssislərin fikrincə, əkin sahələrinin azalmasına səbəblərdən biri də əlverişsiz hava şəraiti olub. Müqayisə üçün deyək ki, 2011-ci ildə pambıq əkini sahələri 42,8 min ha olub və 66,4 min ton pambıq yığılıb.
Müstəqillik dövründə ən aşağı məhsuldarlıq (31,9 min ton) 2009-cu ildə olub. O vaxt 21,1 min ha-da pambıq əkilmişdi.
2013-cü ildə pambıq yığımı barədə yekun məlumatı Dövlətstatkom 10 dekabra kimi açıqlayacaq.
Il | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 |
pambıq (min ton) | 100,1 | 55,4 | 31,9 | 38,2 | 66,4 | 57,0 |
əkin sahəsi (min hektar) | 75.6 | 48.5 | 21.1 | 30.2 | 42.8 | 29.2 |
-08B –
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz