İKT qrantlarına iddiaçılar iki dəfə azaldılıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu İKT layihələrini iki dəfə azaldıb. Kompleks ekspertizaya təqdim olunmuş 112 layihədən 61-i müsbət rəy alıb.
Qurumun bu gün yaydığı məlumata görə, layihələr dəqiq əsaslandırma, kommersiya potensialı, İKT-nin inkişafına töhfə, sosial-iqtisadi əhəmiyyət və s meyarlara cavab verməlidir. Yekun siyahı oktyabrın sonuna kimi bəlli olacaq.Fond prezidentin 15 mart 2012-ci il tarixli fərmanı ilə yaradılıb. Kreditlərin maksimum məbləği 300 min, minimum məbləği 10 min manatdır. --17D—
-
- Siyasət
- 18 Oktyabr 2016 14:17
-
- İqtisadiyyat
- 18 Oktyabr 2016 14:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz