İlin əvvəlindən neft şirkətləri dövlət büdcəsinə 943 mln manat vergi ödəyib
2015-ci ilin yanvar-may aylarında Azərbaycan Vergilər Nazirliyi dövlət büdcəsinə 2,849 mlrd manat vergi ödənişini təmin edib. Bu barədə Vergilər Nazirliyinin saytı məlumat verir.
Deyilən dövrdə qeyri-neft sektorundan dövlət büdcəsinə vergilər 1,906 mlrd manat (mədaxilin 66,9%-i), neft sektorundan vergilər 943 mln manat olub.
Məlumatda deyilir ki, qeyri-neft sektorundan dövlət büdcəsinə vergilər ötən ilin eyni dövrünə nisbətən 11% artıb. Amma Vergilər Nazirliyi neft sektoru üzrə belə məlumatları açıqlamır. Dövlət Neft Şirkətinin məlumatına görə, o, 5 ayda dövlət büdcəsinə 605,042 mln manat ödəyib. Demək, neft sektorundakı başqa şirkətlər dövlət büdcəsinə 337 mln 958 min manat köçürüb.
2015-ci ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 3 mlrd 938,8 mln manat olub. Bundan 543,2 mln manat neft şirkətlərinin ödənişləridir. ARDNF-dən transfertlər 1 mlrd 941,7 mln manat olub. Yəni dövlət büdcəsinin formalaşmasında neft sektorunun payı 63,1% təşkil edib. –12В--
-
- İqtisadiyyat
- 12 İyun 2015 12:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz