İnflyasiya illik hesablamada 13,6% təşkil edib
Yanvarda Azərbaycanda inflyasiya illik hesablamada 13,6% təşkil edib. Bu barədə Turan-a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.
DSK-nın 547 mal və xidmət növünün (iş və xidmət) qiymətlərinin təhlili əsasında əldə etdiyi məlumata görə, ərzaq malları 18,3%, qeyri-ərzaq malları 17,2%, əhaliyə xidmətlər 4,6% bahalaşıb.
DSK sədrinin müavini Yusif Yusifov Turan-ın müxbiri ilə söhbətində statistik göstəricilərin, əsasən istehlak qiymətlərinin indeksinin siyasiləşdirilməsi barədə müstəqil ekspertlərin fikirlərini təkzib edib.
“Biz öz hesablamalarımızın düzgün olduğunu sübut etməyə hazırıq. Mal və xidmətlərin hər yerdə artımını söyləmək olmaz. Məsələn, kənd yerlərində ərzaq mallarının 70%-i kəndlilərin öz ehtiyatlarının hesabına təmin edilir”, - Y.Yusifov bildirib.
Fevralda istehlak mallarının stabilləşməsi müşahidə edilir. 08B
-
- Cəmiyyət
- 11 Fevral 2016 15:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz