- İqtisadiyyat
- 13 May 2014, 12:06
- 208
İnternet Bankçılığa Qoşul, 5 Manat Bal Qazan!
Vaxtımıza qənaət edərək istənilən zaman və dünyanın istənilən nöqtəsindən bank hesablarımızı 7/24 rahatlıqla idarə etmək hər birimizin istəyidir. Bunun üçün Yapı Kredi Bank Azərbaycanın İnternet Bankçılıq xidməti mövcuddur . Bu xidmət vasitəsi ilə banka getmədən operativ və təhlükəsiz şəkildə kart, bank, əmanət və kredit hesabları haqqında məlumatları əldə etmək, eyni zamanda, Worldcard borcunu avtomatik olaraq ödəmək və hesab bildirişini çap etmək mümkündür.
Yeni kampaniyaya əsasən isə 12 may-12 iyun tarixləri arasında Worldcard və ya Pulkart sahibləri olan Yapı Kredi Bank Azərbaycanın fərdi müştəriləri İnternet Bankçılıq xidmətinə ilk dəfə qoşulduqda Worldcard və ya Pulkart hesablarına hədiyyə olaraq 5 manat bal qazanacaqlar.
İnternet Bankçılıq xidmətinə qoşulmaq üçün Yapı Kredi Bank Azərbaycanın filiallarından birinə yaxınlaşaraq heç bir ödəniş etmədən qeydiyyatdan keçmək lazımdır, sonra isə kampaniyadan yararlanmaq üçün müştəri bank tərəfindən verilmiş müştəri nömrəsi və şifrə ilə yapikredi.com.az saytından “Fərdi İnternet Bankçılıq” bölməsinə daxil olmalıdır.
Bu kampaniyadan yararlanaraq həm vaxtınıza qənaət etmiş həm də əlavə ballar qazanmış olarsınız.
Təklif olunan kampaniya ilə bağlı əlavə məlumatı http://www.yapikredi.com.az/ ünvanından, http://www.facebook.com/yapiKrediAZ və http://www.facebook.com/YapiKrediWorldAZ səhifələrindən və ya *0444 Yapı Kredi Bank Azərbaycan Telefon Mərkəzinə zəng edərək əldə etmək mümkündür.
-
- Cəmiyyət
- 13 May 2014 11:41
-
- Sual-cavab
- 13 May 2014 12:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz