İqtisadiyyat Nazirliyi bizneslə məşğul olmaq üçün lisenziya alınması müddətini azaldacaq
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsi hökumətin bizneslə məşğul olmaq üçün lisenziya alınması müddətinin azaldılması təşəbbüsün baxır.
Bu gün iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, dövlət orqanları “Lisenziyalar və icazələr haqqında" qanun layihəsi qəbul edildiyi təqdirdə 5 gün ərzində sahibkarlara lisenziya alınması üçün metodiki kömək etməlidir.
«Bu, onun üçün lazımdır ki, sahibkarlar artıq vaxt itirməsinlər. Əgər deyilən müddətdə dövlət orqanı sorğuya cavab verməsə, o, qüvvədə hesab ediləcək», - deyə Məmmədov bildirib.
Lisenziya avtomatik olaraq vahid elektron reyestrə daxil ediləcək. Qanun qəbul edilərsə, "bir pəncərə" prinsipinin tətbiqi nəzərdə tutulub.
Hazırda lisenziayalar 15 günə verilir, təklifdə əsasən lisenziyaların verilməsinin müddətinin 10 iş günü, icazələr üçün isə 7 iş gününə kimi azaldılması planlaşdırılır.
Xatırladaq ki, müddətsiz lisenziyalar 37 sahibkarlıq növünə şamil edilir. --17D—
-
- İqtisadiyyat
- 9 Fevral 2016 13:10
-
- Cəmiyyət
- 9 Fevral 2016 14:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz