İran SOCAR-ı birgə kəşfiyyat işlərinə cəlb etmək istəyir
Sentyabrın 2-də SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda İranın Xəzər Kəşfiyyat və Hasilat Şirkətinin (KEPCO) geoloji-kəşfiyyat üzrə direktoru Yusif Etemadi ilə iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.
«Uzun fasilədən sonra neft-qaz yataqlarının axtarışı və işlənməsi sahəsində əməkdaşlıq imkanı yaranıb və bu imkandan yüksək səviyyədə istifadə olunmalıdır. Bu, iki ölkənin iqtisadiyyatının inkişafına böyük töhfələr verəcək”, - deyə Yusifzadə qeyd edib.
X.Yusifzadə bu görüşlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.
Y.Etemadi Azərbaycanın neft-qaz sənayesində tətbiq olunan yeni texnologiyaların böyük maraq kəsb etdiyini söyləyib. O, qeyd edib ki, səfər çərçivəsində Xəzər dənizində, eləcə də qurudakı neft-qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi sahəsində zəngin təcrübəyə malik Azərbaycan neftçiləri ilə geniş fikir mübadilələri aparıb, istifadə olunan texniki-texnoloji proseslərlə tanış olub, birgə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. –12D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz