İşləyən qadınlar azalır
Dövlət Sosial Müdafiə Fondu ilin əvvəlindən 315 min 512 nəfər üçün fərdi hesab açıb. Bu, ötən il iyulun 1-i üçün olandan 12,2% çoxdur.
Fondda Turan-a bildiriblər ki, pensiyaçılar da daxil sığortalananların ümumi sayı 2 mln 581 min 586 nəfərdir. Bunun 58,6%-i kişilər, 41,4%--i qadınlardır (ötən il 56,2%-ə qarşı 43,8%).
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında sığortaolunanlar 23,5 faizdir. Fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 23,3 faiz, 40-50 yaş aralığında olan sığortaolunanlar 22,8 faiz, 50-60 yaş aralığında olan sığortaolunanlar 20,5 faiz, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 9,8 faiz təşkil edir. --17D—
-
- Siyasət
- 15 İyul 2013 12:52
-
- Mədəniyyət
- 15 İyul 2013 13:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz