İxrac əlavəsi 6%-dən çox olmayacaq
Nazirlər Kabinetinin 6 oktyabr tarixli qərarı ilə
ixrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı təsdiq edilib. Siyahıya əsasən kənd təsərrüfatı malları, onların emal məhsulları, alkoqolsuz və spirtli içkilər (araqdan başqa), ipək parça, xalçalar, pamblq paltar və ayaqqabı daxil edilib.
Mallar üzrə əmsal ölkə prezidentinin bu ilin martın 1-də verdiyi sərəncamla müəyyən edilən malın gömrük dəyərinin 3%- olan ixrac əlavəsinin 1; 1,5 və 2 həcmində müəyyən edilib.
İxrac təşviqi əlavəsinin alınması qaydalarına əsasən, o, mal ixrac ediləndən sonra İqtisadiyyat Nazirliyinə müraciət əsasında verilir. İqtisadiyyat Nazirliyi 10 gün müddətində müraciətə baxır, müddətin sonunda ödəniş üçün sənədləri Maliyyə Nazirliyinə göndərir.
Dövlət şirkətləri, eləcə də dövlətin üstün paya malik olduğu müəssisələr bu imtiyazdan istifadə eə bilməz. İxrac əlavəsini sənaye və texnoloji parklardakı müəssisələr ala bilməz.
Qeyd edək ki, ixrac əlavəsi bu mallara veriləcək: bal, əncir, quru meyvələr, nar, xurma, unlu qənnadı məmulatları, konservləşdirilmiş tərəvəz, meyvə, meyvə və tərəvəz şirələri, souslar və ədviyyatlar və s.
İxrac əlavəsi bu il martın 1-dən ixrac edilən mallara ödəniləcək. Bu mexanizm 31 dekabr 2020-ci ilə kimi işləyəcək. 08D
-
- Siyasət
- 10 Oktyabr 2016 10:47
-
- İqtisadiyyat
- 10 Oktyabr 2016 12:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz