İyulda MDM-də birjadankənar KQK dövriyyəsi azalıb
Bu ilin iyulunda Milli Depozit Mərkəzində korporativ qiymətli kağızların alqı-satqısı üzrə nominalla 1 658,7 min manatlıq əqdlər qeydiyyata alınıb. Bu, 2011-ci ilin eyni dövründəkindən 60,5% azdır.
Birjadan kənarda 24 əqd bağlanıb. Bu, 2011-ci ilin iyulundakından 33 vahid azdır.
MDM bu ilin iyulundakı əməliyyatlar barədə hesabat açıqlayıb. Ona əsasən, KQK üzrə birja əqdləri 63,8 mln manat, ilkin bazarda yerləşdirmə 29,1 mln manat olub.
Azərbaycanda iki depozitar var. «Corporated Trust Agency» MMC birjadankənar əməliyyatlar barədə hesabat vermir. 08B
-
- İqtisadiyyat
- 17 Avqust 2012 16:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz