- İqtisadiyyat
- 17 Avqust 2012, 16:42
- 195
Qızıl hasilatı beşdə bir, gümüş hasilatı yarıyacan azalıb
Yanvar-iyulda Azərbaycan mədənlərində 816,6 kq qızıl çıxarılıb. Bu, ötən ilin eyni dövründən 20,6% azdır.
Dövlətstatkomun məlumatına görə, 7 ayda 412,5 kq gümüş hasil edilib. Bu, ötən ilin 1 avqustundakından yarıyacan azdır.
Gədəbəydə qızıl filizi emalı zavodu 2009-cu ilin mayında «Azerbaijan International Mining Company» (AMIC) şirkəti istismara verilib.
Şirkəti Anglo-Asian Mining PLC yaradıb. Sonuncunun təsisçisi R.V. Investment Group Services LLS Ordubad yatağı da daxil Azərbaycanın 6 qızıl yatağının işlənməsi layihəsinin operatorudur.
Sazişə əsasən, bu yataqlardan 400 ton qızıl, 2500 ton gümüş, 1,5 min ton mis çıxarmaq planlaşdırılır. --17С—
-
- İqtisadiyyat
- 17 Avqust 2012 15:57
-
- İqtisadiyyat
- 17 Avqust 2012 17:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz