Kənd təsərrüfatı məhsullarının idxalına kvota qoyula bilər
Kənd təsərrüfatı məhsulları ilə təminatı artırmaq, daxili bazarı qorumaq üçün Azərbaycan kənd təsərrüfatı məhsullarının idxalına kvota qoya bilər. Kənd təsərrüfatı naziri Heydər Əsədov yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr edilmiş iclasında deyib ki, onların bir qisminin idxalı zamanı kvota, mövsümi rüsumlar kimi alətlər tətbiq edilə bilər.
Nazir hesab edir ki, bir sıra qonşu dövlətlər sistemsiz olaraq bir-birinə meyvə-tərəvəz məhsulları üzrə sanksiyalar tətbiq edir. Bu, Azərbaycanın daxili ərzaq bazarımıza idxal təzyiqini artırmaqla ciddi təsir göstərə bilər.
Heydər Əsədov Azərbaycan prezidentinin ölkənin Ümumdünya Ticarət Təşkilatına daxil olmaması barədə qərarını «ən müdrik qərar» adlandırıb. Azərbaycan müxtəlif yollarla Türkiyədən əvvəllər Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyət qoyur.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2015-ci ildə Azərbaycandan $312 mln məbləğində kənd təsərrüfatı məhsulları ixrac edilib. Bu, əvvəlki ildəkindən 7,2% çoxdur. 08D
-
- İqtisadiyyat
- 14 Yanvar 2016 01:00
-
- Cəmiyyət
- 14 Yanvar 2016 10:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz