Leqal qastarbayterlərin sayı artıb
2015-ci il noyabrın 1-i üçün Azərbaycanda işləyən leqal əmək miqrantlarının sayı 19,75% artaraq 26,972 minə çatıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat verir.
Dövlət sosial sığorta sistemində fərdi hesabı olan əcnəbilərin 88,2%-ni kişilər, 11,8%-ni isə qadınlar təşkil edir. Hazırda 115 ölkənin vətəndaşları DSMF-də qeydiyyata alınıb. Bunların böyük hissəsi Türkiyəni (13,583 min nəfər), Gürcüstanı (2,949 min nəfər) və Rusiya (1,617 min nəfər), İran (960), Hindistan (966), Çin (844), Böyük Britaniya (548) və Pakistanı (531) təmsil edir.
2006-cı ildə DSMF respublikada işləyən əcnəbi vətəndaşların məcburi sosial sığorta üzrə ödənişlərə cəlb olunması prosesinə başlayıb. --17D—
-
- İqtisadiyyat
- 11 Noyabr 2015 13:03
-
- Siyasət
- 11 Noyabr 2015 13:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz