Malların qiymətlərini göstərməyən ticarətçilər cəzalandırılacaq
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti topdansatış və pərakəndə satış ilə məşğul olan sahibkarlardan tələb edib ki, satılan malların qiymətləri barədə düzgün və zəruri məlumatları alıcılara təqdim etsinlər.
Belə məlumatın təqdim edilməməsi istehlakçıların hüquqlarının pozulmasıdır. Bu cür hərəkətlərə yol verən sahibkarlar 800-1000 manat arasında cərimə ediləcək.
Sahibkarlar cərimədən qaçmaq üçün aşağıdakılara əməl etməlidirlər:
- qiymət siyahısında malın adı, növü və qiyməti, bu məlumatların yazıldığı tarix göstərilməli, möhür vurulmalıdır;
- qablaşdırılmış malların üzərində məhsulun çəkisi və mal vahidinin qiyməti göstərilməlidir;
Əlavə məlumat üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmək olar (telefon: (012) 498-15-01 və (012) 498-15-04).—06D--
-
- Siyasət
- 7 Mart 2015 13:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz