Mart ayinda ərzaq məhsullarinin qiyməti 1% artib
Mart ayında ərzaq məhsullarının qiyməti orta hesabla 1% artıb. Ay ərzində qiyməti bahalaşan ərzaq məhsullarından təzə balıq-25%, kolbasa məhsulları-10%, düyü-10% , kərə yağı-5%, quru süd isə-11% göstərmək olar. Novruz bayramı ilə əlaqədar olaraq, bayramda daha çox istifadə olunan quru meyvələrin qiymətlərində orta hesabla-15-20% artım müşahidə edilmişdir. Ay ərzində meyvə tərəvəz məhsullarından bananın, almanın, armudun, heyvanın, narın, kələmin, pomidor və xiyarın qiymətlərindədə orta hesabla 20-25% artım qeydə alınmışdır. Bununla yanaşı ay ərzində, makaron məmulatlarının, göyərtinin, çuğundurun, kökün, sarımsağın, soğanın, kartofun qiymətləri isə ucuzlaşıb.
Ekspert mart ayında “novruz bayramı” ilə əlaqədar olaraq qiymətlərə süni təsirin olmasını istisna etmirlər. İstehlak bazarını araşdıran mütəxəssislərdən biri mövcud vəziyyətlə bağlı öz fikrini belə ifadə etdi: “ Mart ayında bir sıra ərzaq məhsullarının qiymətlərinin bahalaşması, artıq qanuna uyğun hal almışdır. Bayram süfrəsində istifadə olunan məhsullar hər il olduğu kimi bu ildə sünu olaraq qaldırıldı. Bayram günlərindən sonra isə yenidən stabilləşmə müşahidə edilmişdir”. Yaxın günlərdə ərzaq məhsulları bazarında qiymətlərin nisbətən sabit, kənd təsərrüfatı məhsullarının isə mövsümlə əlaqədar olaraq ucuzlaşmağa meyilli olacağı istisna olunmur.
-
- Bazarların icmalı
- 3 Aprel 2013 13:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz