- İqtisadiyyat
- 3 Aprel 2013, 13:25
- 173
2012-ci ildə Azərbaycanın neft ixracatının pul ifadəsində 94,2%-i AÇG blokunun payına düşüb
Mərkəzi Bankın hazırladığı 2012-ci il üzrə tədiyə balansına əsasən, Azərbaycan dünya bazarlarına $27,7 mlrd məbləğində neft ixrac edib. Bunun $26,1 mlrd-ı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin “Azəri-Çıraq-Günəşli” yatağından çıxardığı neftdir.
Tədiyə balansında qeyd edilir ki, ARDNŞ və ölkənin onşor yataqlarında işləyən başqa şirkətlərin payı $1,7 mlrd olub. Bunun $1,6 mlrd-ı ARDNŞ-nin payına düşür, $134,9 mln “Şahdəniz” yatağından kondensatdır.
Qeyd edək ki, 2011-ci ilin yekunu üçün Azərbaycan dünya bazarlarına $29,8 mlrd məbləğində neft tədarük edib. Bunu $28,2 mlrd-ı ABƏŞ-in çıxardığı neftdir. ARDNŞ və ölkənin onşor yataqlarında işləyən başqa şirkətlərin payı $1,6 mlrd, “Şahdəniz” yatağından kondensat ixracı $114,4 mln məbləğində olub.
2012-ci ildə AÇG blokunda 243 mln barrel və ya 32,9 mln ton neft çıxarılıb. --12D--
-
- Cəmiyyət
- 3 Aprel 2013 13:16
-
- İqtisadiyyat
- 3 Aprel 2013 13:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz