Martda YNH-də 86 nəfər həlak olub, 13 fakt üzrə kompensasiya verilib
2014-cü ilin mart ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1,015 sığorta tələbi üzrə 1,209,656 manat məbləğində sığorta ödənişi həyata keçiriilb.
İSB-nin saytında deyilir ki, 926 fakt NV-nə dəyən zərər üzrə, (1,06 mln manat ödənilib), 40 hal sağlamlığa dəyən zərər üzrə (51 min), 36 hal əmlaka dəyən zərər üzrə (38,28 min) və 13 hal şəxsin ölümü üzrədir.
13 ölüm faktı üzrə 64 min manat ödənilib. Dövlət Avtomobil Müfəttişliyində Turan-a bildiriblər ki, ötən ay YNH-də 86 nəfər həlak olub.
Respublika DAM şöbə müdiri Kamran Əliyevin sözlərinə görə, heç bir avtomobil AVSMMİS polisi olmadan texniki baxışdan keçirilmir. Bəs onda nəyə görə 86 ölüm olduğu halda 13 fakt üzrə kompensasiya verilib? --17D—
-
- İqtisadiyyat
- 2 Aprel 2014 13:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz