I rübdə ARDNŞ Rusiya vasitəsilə neft ixracını 38,2% azaldıb
2014-cü ilin yanvar-martında ARDNŞ ötən ilin eyni dövrü ilə müqayisədə Novorossiysk limanı vasitəsilə 38,2% az - 254,3 min ton neft ixrac edib. Bu barədə şirkətin məlumatında bildirilir.
Martda ARDNŞ Rusiya limanı vasitəsilə 84,7 min ton neft ixrav edib. Bu, bir il öncəkindən 74,9 min ton və ya 46,9% azdır.
ARDNŞ-nin məlumatına görə, 2014-cü ildə şirkət Bakı-Novorossiysk kəməri ilə 1,02 mln ton və ya ayda 85 min ton neft nəql etmək istəyir.
14 fevralda Rusiya tərəfi 1997-ci ildə bağlanan müqavilənin dayandırıldığını rəsmən elan etdi. Ona əsasən, Bakı-Novorossiysk kəməri ilə ildə 5 mln ton neft nəql olunmalı idi. 18 fevralda ARDNŞ və "Transneft" yeni müqavilə imzaladı. 2014-cü ilin sonunda bitən müqavilənin şərtləri açıqlanmır. Sonradan Rusiya KİV-i məlumat yaydı ki, 1 ton neftin nəql tarifi dəyiməyib - $15,67.
2013-cü ildə Bakı-Novorossiysk kəməri ilə 1,75 mln ton Azərbaycan nefti nəql edilib.
Tarif dəyişmədiyi halda ARDNŞ Rusiya vasitəsilə neft nəqlini niyə azaldıb? Məsələ burasındadır ki, Bakı-Novorossiysk kəməri ilə əsasən ARDNŞ nefti nəql edilir. Bu il hökumət neft emalını artırmaq istəyir, çünki daxili bazarda yanacaqla bağlı vəziyyət gərgindir. Digər tərəfdən, ARDNŞ-nin bütün yataqları köhnədir. Bu səbəbdən bu il şimal marşrutu ilə neft nəqli ötən illə müqayisədə 750 min ton azalacaq.—12D—
-
- İqtisadiyyat
- 2 Aprel 2014 13:15
-
- İqtisadiyyat
- 2 Aprel 2014 14:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz