Mayda deflyasiya olub
May ayında istehlak bazarında ərzaq məhsullarının qiymətləri ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla eyni səviyyədə qalıb.
Dövlət Statistika Komitəsiin məlumatına görə, mayda ərzaq məhsullarının qiymətləri 1,9% ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri nisbətən sabit qalıb.
Mayda buğda ununun, qarabaşaq yarmasının, mal və toyuq ətinin, balıq və balıq məhsullarının, pasterizə olunmamış üzlü südün, qatığın, şorun, yumurtanın, bananın, alçanın, çiyələyin, kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, soğanın, sarımsağın, kartofun, qurudulmuş üzümün, qurudulmuş xurmanın, şəkər tozunun qiymətlərində ucuzlaşma olub. Düyünün, makaron və vermişelin, kərə yağının, zeytun yağının, limonun, almanın, armudun, şabalıdın, çuğundurun, kökün qiymətlərində isə bahalaşma müşahidə olunub.
Azərbaycanda, adətən, maydan avqusta qədər deflyasiya olur. 2013-cü ilin yayında aylıq deflyasiya 0,3-0,7% təşkil edib. 08D
-
- İqtisadiyyat
- 10 İyun 2014 14:02
-
- Siyasət
- 10 İyun 2014 14:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz