MDB-nin mərkəzi depozitarları Bakıya toplaşacaq
«Milli Depozit Mərkəzi» MMC Bakıda Avrasiya Mərkəzi Depozitarlar Assosiasiyasının 11-ci beynəlxalq konfransını təşkil edir. Konfransın vaxtı dəqiqləşməyib.
MDM-in konfransın təşkili üçün xərcləri 40 000 manat qiymətləndirilir. Müsabiqə yolu ilə “Cracks Solutions” MMC təşkilatçı seçilib. Bu, yəqin ki, ilk praktikiş olacaq. Çünki o, bu ilin 10 aprelində yaradılıb.
MDM İH sədrinin vəzifəsini icra edən Aqşin Cahangirov Avrasiya Mərkəzi Depozitarlar Assosiasiyasının bir il müddətinə sədridir.
Qanunvericiliyin tələblərinə baxmayaraq, MDM 2012-2013-cü illər üçün hesabatını açıqlamır. Digər mərkəzi depozitarlar illik hesabtalarını qurumun saytında (http://www.aecsd.com) yerləşdirib.
1 yanvar 2012-ci il üçün MDM-in 49 əməkdaşı olub və 1645 səhm və istiqraz emitentinə xidmət göstərib. 2011-ci ildə gəlirləri 1 332,9 min manat, xalis mənfəəti 101,5 min manat olub.
Avrasiya Mərkəzi Depozitarlar Assosiasiyası MDB ölkələrinin mərkəzi depozitarlarının birliyidir. Qurumun məqsədi depozitar fəaliyyətin təkmilləşdirilməsi, vahid «depozitar məkan» yaradılması, MDB mərkəzi depozitarlarının ümumdünya hesablaşma sisteminə qoşulmasıdır. --08D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz