Mərkəzi Bank Bank Technique-in 13 şöbəsinin lisenziyasını ləğv edib
Mərkəzi Bank Bank Technique ASC-nin (keçmiş Texnika Bank) 13 şöbəsinin lisenziyasını ləğv edib.
AMB-dən verilən məlumata görə, Ağcabədi, Daşkəsən, Gədəbəy, Şirvan, Goranboy, Kürdəmir, Ağsu, İsmayıllı, Saatlı, Göygöl, Hacıqabul, Qax və Oğuz şöbələrinin lisenziyaları ləğv olunub. Ötən ilin dekabrından Astara, Masallı, Salyan və Ağdaş şöbələri də bağlanıb. Beləliklə, son 9 ayda Bank Technique-in 17 şöbəsi lisenziyadan məhrum olub.
Xatırladaq ki, ötən ilin əvvəlində bankın Müşahidə Şurasının sədri başda olmaqla vəzifəli şəxsləri həbs edilmişdi. Maydan avqusta qədər bir neçə növbədənkənar ümumi yığıncaqda bankın İdarə Heyəti, Müşahidə Şurası və Auditor Komitəsinin tərkibi yenilənib. Rebrendiq haqda qərar qəbul edilib və "Texkart" ASC və "Texnikalizinq" MMC törəmə strukturları ləğv edilib.
Hazırda Bank Technique-in 35 filial və 15 şöbəsi var. --15B--
-
- Siyasət
- 11 Sentyabr 2013 12:26
-
- İqtisadiyyat
- 11 Sentyabr 2013 13:02
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz