Milli ödəniş sisteminin dövriyyəsi doqquz ayda 95 mlrd manata çatıb
Azərbaycanın kredit təşkilatları 2013-ci ilin sentyabrında 10520 mln manatlıq 2172 min ödəniş tapşırığı həyata keçiriblər. Hesabat ayında ödəniş sayı 114 min (5,5%) artıb, onların ümumi dövriyyəsi ötən ayla müqayisədə 473 mln manat azalıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar-sentyabrda ödəniş sayı 797 min və ya 4,2% artaraq 10804 min olub, onların həcmi isə 10492 mln manat və ya 12,4% artaraq 94995 mln manat təşkil edib.
Yanvar-sentyabrda ödəniş dövriyyəsinin strukturunda iri və müddətli ödənişlərin payı onların ümumi miqdarının 1,84%-i (365 min), ümumi həcminin 88,8%-i (84369 mln manat) qədər olub. Ödənişlərin bu kateqoriyasının orta həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2% azalaraq 221,8 min manat, kiçik və pərakəndə ödənişlərin orta həcmi isə 3,1% azalaraq 565,3 manat olub.
1 oktyabr 2013-cü il üçün ödəniş sisteminin istifadəçiləri 43 təşkilat olub, onlardan 41-i iri və müddətli ödənişlər həyata keçirə bilib. --15B--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz