Naxçıvanda özəlləşdirilən əmlak daha ədalətli qiymətləndirilir
Naxçıvanda özəlləşdirilən əmlak bazar konyunkturuna uyğunluq cəhətdən mərkəzə nisbətən daha ədalətli qiymətləndirilir. Bunu özəlləşdirilən obyektlərin start qiymətinin müqayisəsi də göstərir.
11 fevralda Naxçıvanda özəlləşdirilən 401 m2 tikinti materialları mağazası 20 min manat, yəni 1 m2-i 50 manat qiymətləndirilib. ƏMDK 1 martda təsərrüfat malları mağazasını (71,6 m2) 4686 manat, yəni 1 m2-i 65 manat qiymətləndirib. Rielterlər qeyd edir ki, rəqəmlər nə Bakıda, nə Naxçıvanda real qiyməti əks etdirmir. Amma Naxçıvanda daşınmaz əmlakın qiyməti start qiymətinə yaxındır. Bakıda mağazalar üçün bazar qiyməti 1 m2 üçün 600 manatdan az deyil.
ƏMDK-yə görə, 1996-2013-cü illərdə 43 965 obyekt, 2013-cü ildə 973 obyekt özəlləşdirilib. Bunların çoxu nəqliyyat vasitəsi (13 357), məişət obyekti (10 581), qeyri-yaşayış sahəsidir (11 009). Kiçik özəlləşmədən dövlət büdcəsində 174 mln manat daxil olub.
Naxçıvan MR-da özəlləşmənin gedişi barədə məlumat yoxdur. Hərraclar barədə informasiya “Şərq qapısı” (www.serqqapisi.az) qəzetində verilir. Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin hansı normativ aktlardan istifadə etdiyi məlum deyil. Qanuna və özəlləşdirmə proqramına əsasən, dövlət əmlakının özəlləşdirilməsi zamanı yeganə satıcı kimi ƏMDK göstərilir. 08B
-
- Cəmiyyət
- 6 Mart 2014 16:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz