Neft məhsulları ixracı kəskin azalır

 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2012-ci ilin I yarısında Azərbaycan xarici bazarlara 726 min 408,27 ton neft məhsulları ixrac edib və $604 mln 27 min 260 qazanıb. Yəni 1 ton neft məhsullarının orta ixrac qiyməti $831,5 olub.

Yanvar-iyunda xaricə neft məhsulları ixracı 2011-ci ilin I yarısı ilə müqayisədə 19,36% (pul ifadəsində) azalıb və hesabat dövründə ölkə ixracatının ümumi həcminin ($12 mlrd 711 mln 506,66 min) 4,75%-i qədər olub. Neft məhsulları ixracının azalması onlara Azərbaycanın daxili bazarında tələbatın artması ilə bağlıdır. --12D—

 

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti