Nikoil bank Qurban bayramında xeyriyyəçiliyi davam etdirib
Nikoil bank Qurban bayramında bir sıra xeyriyyəçilik tədbirləri keçirib.
Bankdan verilən məlumata görə, bayram günləri kollektiv Sümük Vərəmi Sanatoriyası, Ahıllar Evi, Gözdən Əlillər Cəmiyyəti və “Oriqami” Uşaq Reabilitasiya Mərkəzində olub. Bankın aktivistləri uşaqlara hədiyyələr verib, bütün deyilən təşkilatlarda qurban əti paylanılıb.
”Bu bayram mərhəmət, dözümlülük və ən humanist hisslər bayramıdır. O, dinində möhkəmlıənməyə kömək edir, mənəvi keyfiyyətləri inkişaf etdirir”, – deyə bankın İH sədri Vasili Xamaza bayram münasibətilə kollektivin qarşısında çıxışında bildirib.
Xatırladaq ki, bir il əvvəl Qurban bayramında Nikoil bankın mərkəzi ofisi və şəhər filiallarının kollektivləri talassemiyadan əziyyət çəkən uşqlar üçün ənənəvi donor aksiyasında iştirak edib. –15D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz