Noyabrın 1-dək sosial xərclər investisiya xərclərindən 4,5 dəfə az olub
Bu ilin 10 ayında Azərbaycanın dövlət büdcəsi 2 mlrd 214,1 mln manat profisitlə icra edilib. Demək, iki ayda planlaşdırılan 691 mln manat kəsir üçün (ÜDM-in 1,2%-i) nəqliyyat, iqtisadi inkişaf nazirlikləri və başqa qurumlar avral rejimdə 3 mlrd manat xərcləyəcək.
Maliyyə Nazirliyinin məlumatına görə, büdcənin gəlirlər hissəsi 16 mlrd 234,8 mln (ötən illə müqayisədə +14,1%), xərclər 14 mlrd 20,7 mln manat (+14,8%) olub.
ARDNF-dən transfertlər 50%-dən az deyil. Qalan rəqəmlər belədir - 14% mənfəət vergisi, 13,5% ƏDV, 3% aksizlər, 4,5% fiziki şəxslərin gəlir vergisi.
Xərclər belə olub: 44,4% və ya 6 mlrd 223,6 mln manat investisiya layihələrinə, 1 mlrd 509,3 mln manat (10,8%) sosial xərclərə gedib. Təhsilə 983,8 mln manat (7%), səhiyyəyə 467 mln manat (3,3%) xərclənib.
Bu ilin dövlət büdcəsinin gəlirləri 19 mlrd 159 mln manat, xərcləri 19 mlrd 850 mln, kəsir 691 mln manat və ya ÜDM-in 1,2%-i qədər nəzərdə tutulub. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz