Oktyabr ayinda imb-da qiymətlər dəyişməz olaraq qalib
Oktyabr ayında İlkin Mənzil Bazarında (İMB) qiymətlər dəyişməz olaraq qalmışdır. Qiymət artımı ilin əvvəli ilə müqaisədə-1,2%, ötən ilin müvafiq dövrünə nisbətdə isə 1% qeydə alınmışdır. Hal hazırda bazarda orta qiymət indeksi ötən ayda olduğu kimi 1 kv.metr üçün təxminən 820,3 manat civarında qərarlaşıb. Oktyabr ayında İMB-dakı aktivlik orta həddən daha aşağı səviyyədə qiymətləndirilir. Ay ərzində ən cəlb edici rayonlar ötən ay olduğu kimi Yasamal, Xəyai və Nəsimi rayonları оlmuşdur. Qeyd olunan rayonlar üzrə orta qiymət indeksi 1 kv/m üçün 500-700 manat arası dəyişir. Son bir ayda İMB-da daha çöx normal istilik sistemi olan, əsasəndə qazı olan mənzillərə təlabat nisbətən artıb.
Bu sahədə çalışan mütəxəssislər qeyd edirlər ki, İMB-dakı aktivlik TMB-na nisbətən daha aşağıdır. İMB-da çalışan mütəxəssislərdən biri vəziyyəti belə şərh eydi: “TMB-da sahibkarlar öz maddi ehtiyaclarını ödəmək üçün onun ekspozisiya müddətini özləri müəyyənləşdirirlər. İMB-na təsir göstərən seqmentlər az olduğu üçün burada qiymətləri süni saxlamaq daha asandır. Hal-hazırda İMB-da satışa çıxarılan mənzillər real qiymətləndirməni əks etdirmir”. İMB-da süni qiymətləndirmənin, inhisarçılığın və digər problemlərin də mövcud olduğu vurğulanır.
Yaxın günlərdə İMB-da sabitliyin davam edəcəyi proqnozlaşdırılır.
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz